Məkhəmə sünnəti qadağan edib

27 İyun 2012 12:02 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Köln Əyalət Məhkəməsi aldığı bir qərarla müsəlman bir ailənin uşağını sünnət edən həkimi yaralama təqsiri ilə ittiham edib. Məhkəmə sünnətin qeyri-qanuni olduğunu, yalnız tibbi lazımlılıq baxımından əhəmiyyət kəsb edəndə qeyri-qanuni olmayacağını bildirib. Xatırladaq ki, ailə bir neçə müddət əvvəl həkimdən 4 yaşlı oğullarını sünnət etməsini istəmiş, əməliyyatdan iki gün sonra uşaqda qanama meydana gəldiyi üçün Köln Prokurorluğu həkim haqqında iddia qaldırmışdı.