Röya coşdu: "Məni lox yerinə qoyub!"

6 May 2014 11:26 (UTC+04:00)
Röya Ayxan yenə şikayətlənib. Mövqe.az xəbər verir ki, konserti zamanı birinci sırada oturmaq üçün ondan um-küs edənlərə ismarıc yollayan müğənni "Onlar" verlişində əsəblərini cilovlaya bilməyib: " Məni lox yerinə qoyub, küsməsinlər ki, məni konsertinə niyə çağırmamısan. Dünyanın heç bir yerində belə şey yoxdu. Kimsə kiməsə bilet göndərsin. Gülərlər adama. Elə bil ərə gedirəm. Toya gələndə axıra kimi otururlar heç olmasa. Amma konsertdə yox. Çünki onlara maraqsızdı. Həm konsertə gecikirlər, həm də ki, tez gedirlər. Sonra da xəbər yollayırlar ki, yerimiz xoşumuza gəlmədi. Vaxtında gəlib, yaxşı yerdə oturardınız ".