Amaliya Pənahova acıq verdi: “Partlayıb ölsün”

6 May 2014 12:46 (UTC+04:00)

Xalq artisti Amaliya Pənahova bəzi həmkarlarının ünvanına sərt danışıb.


Publika.az-ın məlumatına görə, aktrisa xarici görünüşü ilə bağlı bəzi saytlarda yazılan yazıların arxasında bədxahlarının dayandığını bildirib: "Mən tələb olunan, gündəmdə olan aktrisayam. Bəzi saytlarda mənim görünüşüm barədə xoşagəlməz fikirlər yazdırırlar.  Yaşca məndən kiçik olsalar da, formada deyillər, buna görə də bilmirlər şöhrətimə necə xələl gətirsinlər. Partlayıb ölsünlər, bilmirlər neyləsinlər".