İşsizlik sığortalana bilər
6 May 2014 14:08 (UTC+04:00)
Azərbaycanda işsizliyin ayrıca sığortalanması
təklif olunub. ANS PRESS-in məlumatına görə, əmək və əhalinin
sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli jurnalistlərə
açıqlamasında qeyd edib ki, hazırda beynəlxalq təcrübəni nəzərə
alaraq yeni təklif üzərində iş aparılır:
"Azərbaycanda işsizliyin sığortası ayrıca
aparılmır. Buna ayrıca vəsaitin ayrılmaması o deməkdir ki, həm
passiv, həm də aktiv məşğulluq tədbirlərini məhdudlaşdırırıq. Biz
hazırda beynəlxalq təcrübəni nəzərə alaraq bu təklif üzərində
çalışırıq. Yaxın vaxtlarda bu layihə hökumətə təqdim olunacaq.
Layihədə sosial ödəmələrdə işsizliyin sığortalanmasının ayrıca
aparılması təklif olunur. Buradan gələn vəsait isə həm passiv, həm
də aktiv məşğulluq tədbirlərinin çeşidini və həcmini artıracaq. Bu
imkan verəcək ki, məlumat bazası genişlənsin və məşğulluq
xidmətinin elektron sistemi təkminləşsin".
Nazir müavini qeyd edib ki, bu yenilik işsiz
vətəndaşlara yüksək imkanlar verəcək: "İşsizliyin sığortası o
dəməkdir ki, hər bir işləyən vətəndaş ödədiyi sosial ödəmələrin
miqdarında sığorta olunur. Həmin şəxs işsiz olarkən dövlət ona həm
daha yüksək işsizlik müavinəti verə biləcək, həm də çox sayda aktiv
məşğulluq tədbirləri təklif edə biləcək. Bu, peşəyönümlü kurs ola
bilər, özünədəstək kursları ola bilər".