Putinlə danışdı, istefa verdi!
27 İyun 2012 12:19 (UTC+04:00)
Movqe.Az bildirir ki,Avro 2012-dəki
müvəffəqiyyətsizlikdən sonra Rusiya Futbol Federasiyası başçısı
Sergey Fursenko vəzifəsindən istefa verib. Fursenko bu
qərarını Rusiya Prezidenti Vladimir Putin ilə etdiyi görüşməsində
açıqlayıb. Amma Fursenko istefa səbəbini açıqlamayıb. O, Rusiya
Milli Komandasının Avropa Futbol Çempionatındakı
müvəffəqiyyətsizliyindən ötrü tərəfdarlardan üzr istəyib.
Dövlət Başçısı Vladimir Putin isə Fursenkonun istefasını qəbul
edərək, bu ana qədər reallaşdırdığı işlərdən ötrü ona təşəkkür
edib.
Putin, Rusiya Futbol Federasiyası Başçılığı vəzifəsini buraxan
Sergey Fursenkodan "UEFA"dakı idarə heyəti üzvü olduğu vəzifəsini
buraxmaması və o vəzifədə davam etməsini istəyərək, "Rusiya bu yeri
itirməməlidir" sözlərini söyləyib.