Baş nazirin müavinindən ana və uşaq ölümü ilə bağlı açıqlama
6 May 2014 16:22 (UTC+04:00)
Baş nazirin müavini Əli Əhmədov ana və uşaq
ölümündən danışıb. Movqe.az xəbər verir
ki, Əli Əhmədov son vaxtlarda baş
verən ölüm faktlarına münasibət bildirib: "Azərbaycanda ana və uşaq
ölümü halları diqqətdən kənarda qalmır, bunların hər biri ciddi
şəkildə araşdırılır və müvafiq tədbirlər görülür. Biz bu halların
baş verməsinə təəssüflənirik. Bizim istəyimizdən asılı olmayaraq,
belə hallar olur. Ana və uşaq ölümü hallarının qarşısınının
alınması üzərində çox ciddi işləyirik. Әgər kiminsə günahı
ucbatından belə şeylər baş verirsə, həmin şəxs cəzasını
alır."
Baş nazirin müavini prezident İlham Əliyevin də
məsələyə münasibətindən danışdı: "Cənab prezidentin tələbi ondan
ibarətdir ki, Azərbaycanda ana-uşaq ölümü kimi hallar baş verməsin.
İlham Əliyev ümumiyyətlə Azərbaycan əhalisinə göstərilən səhiyyənin
keyfiyyətinin yaxşılaşdırılmasını tələb edir. Hazırda əsas məsələ
səhiyyə xidmətinin keyfiyyətini yüksəltmək, həkimlərin peşəkarlıq
səviyyəsini artırmaqdır. Biz istəyirik ki, hər bir azərbaycanlıya
ölkəmizdə yüksək səviyyədə səhiyyə xidməti göstərilsin ki,
Azərbaycandan kənara müalicə üçün gedənlər
olmasın".
Ә.Әhmədov Azərbaycanda hər bir vətəndaşın yüksək
səviyyəli tibbi xidmətlə təmin olunmaq hüququna malik olduğunu qeyd
edib: "Ölkədə səhiyyənin infrastrukturu yenilənib, Azərbaycanda
dünya standartlarına uyğun səhiyyə müəssisələri istifadəyə
verilib."