Erotik kitab rekord qırır

27 İyun 2012 12:35 (UTC+04:00)
Movqe.az bildirir ki,İngiltərədə müvəffəqiyyətini davam etdirən erotik roman "Bozun Əlli Kölgəsi" (Fifty Shades of Grey), bir həftədə ən çox satılan kitablar arasında rekord qırıb. El Ceymsin ilk kitabı olan "Bozun Əlli Kölgəsi"nin üzü keçən həftə 205.130 ədəd satılaraq Dan Braunun "İtkin Simvol" kitabının rekordunu geridə qoyub. Ceyms, həftə içində ən az iki kitabı 100.000-dən çox satılan ilk yazıçı olaraq da tarixə düşüb.

Son iki ayda 765.000 satılan "Bozun Əlli Kölgəsi", artıq ilin ən çox və sürətli satılan kitabı olaraq müzakirə edilir. Bundan əvvəl ən çox satılan kitab olan Dan Brounun "Da Vinçi Şifrəsi"nin, "Bozun Əlli Kölgəsi"nin iki ayda əldə etdiyi satış sayına çatması tam altı ay davam edib.

İngilis jurnal "The Bookseller"in redaktoru Fillip Ston, "Bozun Əlli Kölgəsi"nin satışlarının fövqəladə və rekord qırmaqda" olduğunu bildirib.

Kitab, milyarder işadamı Kristian Qrey və saf bir ədəbiyyat şagirdi olan Anastasia Stil arasında keçən şəhvətli bir əlaqədən bəhs edir.