Abdulla Gül: “Türkiyə, Azərbaycan və Gürcüstan Ukrayna məsələsində həmfikirdir”

6 May 2014 17:00 (UTC+04:00)

APA-nın Gürcüstana ezam olunmuş müxbiri xəbər verir ki, bunu Türkiyə prezidenti Abdulla Gül bu gün Tiflisdə keçirilən Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin sammitinin yekununa həsr olunan mətbuat konfransında deyib.

 

O bildirib ki, sammitdə Ukrayna mövzusu da müzakirə olunub və ortaq mövqe ortaya qoyulub: "Bizim əsas mövqeyimiz ərazi bütövlüyünün qorunması, toxunulmazlığıdır. Bu baxımdan Gürcüstan və Azərbaycan dövlətlərinin də ərazi bütövlüyünün bərpası və toxunulmazlığının tərəfdarıyıq".