Azərbaycanlı güllələndi
6 May 2014 18:34 (UTC+04:00)
Rusiyada azərbaycanlı şəxsin meyiti tapılıb. ANS
PRESS-in məlumatına görə, 32 yaşlı azərbaycanlı xüsusi amansızlıqla
qətlə yetirilib.
May ayının 4-də Sıçevski rayon növbətçi polis
bölməsinə zibilxananın yaxınlığında, "Nikolski-Jornovka" yolunun
kənarında üzərində zorakılıq əlamətləri olan meyit olması barədə
məlumat daxil olub. Hadisə yerinə gələn polislər meyitin üzərində
odlu silah yaraları aşkar ediblər. Onun üzərində heç bir sənəd
olmayıb.
Əməliyyat tədbirləri nəticəsində ölən şəxsin
Rusiyanın müxtəlif regionlarında işləməklə çörək pulu qazanan və
Kostromsk vilayətində yaşayan 32 yaşlı Azərbaycan vətəndaşı olduğu
bəlli olub. Onun ölümündə əvvəllər məhkum edilmiş 52 yaşlı Nikolski
kənd sakininin əlinin olduğu ehtimal edilib. Qətldə şübhəli şəxs
arvadı və rəfiqəsi ilə spirtli içki içərkən
saxlanılıb.
Əməliyyatçılar müəyyən ediblər ki, saxlanılan
şəxsin həyat yoldaşı hadisədən bir müddət öncə kafedə tanış olduğu
rəfiqəsi və bir kişini evə dəvət edib. Üçlük bir yerdə içki qəbul
edib.
Səhər 52 yaşlı kişi evlərində yad kişini görüb və
həyat yoldaşlı ilə dalaşmağa başlayıb. İlkin versiyaya görə, qonaq
qadını müdafiə etmək istəyib. Lakin ev sahibi tüfəngini götürərək
ona atəş açıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma
aparılır.