Azərbaycanda zəlzələ olub

7 May 2014 11:03 (UTC+04:00)

Azərbaycanın Quba rayonunda zəlzələ baş verib.


Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, zəlzələ saat 23:44:51-də Quba rayonu Xınalıq kəndi ərazisində qeydə alınıb.


Zəlzələnin maqnitudası 3, dərinliyi 40 km olub.

Zəlzələ hiss olunmayıb.