Bu yay metroda "bişəcəyik"
7 May 2014 12:31 (UTC+04:00)
Bu yay Bakı metropolitenində qatarların
vaqonlarında və ya platformalarda kondisionerlərin quraşdırılması
nəzərdə tutulmayıb.
Bunu ANS PRESS-ə "Bakı Metropoliteni" QSC-nin
mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib. O, bildirib ki,
Bakı Metropolitenində qatarların vaqonlarında və ya platformalarda
kondisionerlərin quraşdırılması baha başa gəldiyi üçün bundan vaz
keçilib.
"Ona görə də kondisionerlərin quraşdırılması real
görünmür. Lakin istər qatarlarda, istərsə də platformalarda
havalandırma sistemi işləyir. Qatar tuneldə qalarsa, havalandırma
sistemi yenə də işlək vəziyyətdə olur", - deyə Nəsimi Paşayev
bildirib.
Qeyd edək ki, son günlər Bakı metrosunda
qatarların nasazlıq səbəbindən tuneldə qalması halları tez-tez baş
verir. Bu zaman qatarda sıxlıq olduğundan sərnişinlər arasında
diskomfort hissi yaranır.