Vatikan keşişləri cəzalandırdı

7 May 2014 13:10 (UTC+04:00)

Vatikan 2004-cü ildən bu yana 848 keşişin uşaq istismarı səbəbiylə peşəsinsən ayrıldığını açıqlayıb.

2572 keşiş də eyni cinayətə görə daha yüngül cəzalara məruz qalıb. 

Məlumatları çərşənbə axşamı günü Vatikanın Cenevrə səfiri Baş yepiskop Silvano Tomas , Birləşmiş Millətlər Təşkilatının işgəncənin qarşısının alınması Komitəsinin müqaviləsinin necə tətbiq olunduğunu izləmə konfransı zamanı açıqlayıb.

Movqe.Az xəbər verir ki, 2004-cü ildən bu yana Vatikana edilən təcavüz şikayətinin sayı 3400 olub . Associated Press ( AP) xəbər agentliyinin Tomasidən əldə etdiyi məlumata görə açıqlanan bu məlumatlar bildirilən və mühakimə olunan istismar hadisələrinə dair açıqlanan ilk əhatəli məlumatlardır.

Keşişlər tərəfindən istismara məruz qalanlar Vatikanı uşaq istismarının qarşısını almaq mövzusunda kafi tədbirləri almamaq və keşişləri qorumaqla təqsirləndirir. Təcavüzə məruz qalanlar eyni zamanda uşaq istismarının BMT-nin işgəncənin qarşısının alınması Müqaviləsinə daxil olduğunu da bildirir. 

Baş yepiskop Tomas Bazar ertəsi təşkil edilən iclasda , Vatikanın işgəncə müqaviləsini tətbiqə dair səlahiyyətinin Vatikan sərhədləri daxilində etibarlı olduğunu söyləmişdi. BMT mütəxəssisləri isə Tomasinin bu müdafiəsinə qarşı çıxmışdı.