Ümummilli lider Heydər Əliyevin doğum günü səbailli veteranlar tərəfindən qeyd olunmuşdur

7 May 2014 16:04 (UTC+04:00)

Azərbaycanın ərazi bütüövlüyü, gənc müstəqil respublikanın siyasi, iqtisadi cəhətdən möhkəmlənməsinin əsasını qoyan, onun inkişafı və çiçəklənməsi istiqamətində böyük işlər həyata keçirən böyük siyasətçi və dövlət xadimi, milli inkişafımız baxımından əvəzolunmaz nailiyyətlərə imza atan Ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi Bakı şəhərinin mərkəzi rayonu olan Səbail rayonunda geniş şəkildə qeyd olunur. Dahi şəxsiyyətin doğum günü münasibəti ilə növbəti tədbir rayonun müharibə, əmək, silahlı qüvvələr veteranlarının iştirakı ilə keçirilmişdir.


Səbail rayonunda Ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş növbəti tədbir rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Səbail rayon təşkilatının "Şəhidlər Xiyabanı"ndakı qərargahında Respublika Veteran Təşkilatları Şurası, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin, respublika Qarabağ Əlilləri, Müharibə Veteranları və Şəhid ailələri İctimai Birliyinin, Respublika "20 Yanvar" cəmiyyətinin, Səbail rayon Ağsaqqallar, Veteran Təşkilatları Şuralarının, rayondakı bir sıra ictimai təşkilatların, rayon ictimaiyyətinin nümayəndələrinin və digər qonaqların iştirakı ilə keçirilmişdir.


Tədbiri giriş sözü ilə açan Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Eldar Ağayev xalıqmızın Ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə danışmışdır. Natiq qeyd etmişdir ki, qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi. Bu gün Azərbaycan dövlətçiliyini, xalqımızın müstəqilliyini əbədiyyətədək yaşatmaq üçün Heydər Əliyev irsi, onun dövlət idarəçiliyi təcrübəsi misilsiz mənəvi sərvətlər xəzinəsidir. Ölkəmizin hər bir vətəndaşının bu nadir xəzinəyə yiyələnməsi, dahi şəxsiyyətin zəngin dövlət idarəçiliyi təcrübəsini, onun həyatının ən ağır anlarında belə doğma xalqına necə misilsiz sədaqətlə, cəsarətlə xidmət etməsini öyrənməsi Azərbaycanın parlaq gələcəyi deməkdir. Azərbaycanda bu gün Ümummilli Liderimizin ideyaları nəinki yaşayır, hətta daha geniş şəkildə həyata keçirilir. Böyük öndərimizin başladığı, lakin axıra çatdıra bilmədiyi işlər onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.


Eldar Ağayev həmçinin Səbail rayonunda ulu öndərin əziz xatirəsinə həsr olunmuş tədbirlər barədə məlumat vermişdir.


Toplantıda çıxış edən Respublika Veteran Təşkilatları Şurasının sədri, general-mayor Dadaş Rzayev, Qarabağ Əlilləri, Müharibə Veteranları və Şəhid ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Fizuli Rzaquliyev, Rayon Veteran Təşkilatları Şurasının sədri,


sosialist Əməyi Qəhrəmanı Ömər Ağayev, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon şöbəsinin sədri İlham Əliyev, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin məsul işçisi Rasim Mirzəyev və digər ictimai təşkilatların rəhbərləri, veteranlar Ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyində çalışdığı illər ərzindəki fəaliyyəti, gördüyü işlərdən danışmış, onun ölkəmizin tərəqqisi və inkişafı üçün, o cümlədən veteranlar üçün gördüyü işlərdən danışmışlar.


Qeyd olunmuşdur ki, Səbail rayonunun Ağsaqqaları, veteranları, digər ictimai təşkilatların üzvləri Azərbaycan Respubliksının Prezidenti, Ulu öndərimizin layiqli davamçısı Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycanın inkişaf və tərəqqisinin günbəgün artması, onun qüdrətli və zəngin bir dövlətə çevrilməsi və ən başlıcası itirilmiş torpaqlarımızın geri qaytarılması istiqamətində apardığı işləri bəyənirlər. Çıxışçılar bəyan etmişlər ki, veteranlar hər zaman Ali Baş Komandanının əmri ilə səfərbər olmağa və torpaqlarımızın azad edilməsi istiqamətində döyüşə atılmağa hazırdırlar. Möhtərəm Prezidentimiz onlara arxayın ola bilər.


Tədbirdə həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon İdarəsinin rəisi, polkovnik-leytenant Polad İbrahimov bir qrup Əfqanıstan veteranına yubiley medalları təqdim etmişdir.