İsmayıllı Olimpiya İdman Kompleksində AFFA-nın təşkilatçılığı, AccessBank və UNICEF-in dəstəyi ilə "3x3 Qızlar" turniri keçirilib. Movqe.az AFFA-nın rəsmi sayıtına istinadən xəbər verir ki, turnirdə 78 komanda, 390 oyunçu iştirak edib. Onlardan 146 nəfəri indiyə qədər hər hansı turnirdə iştirak etməmiş oyunçular olub.
Turnir zamanı "Dəqiq zərbə", "11 metrlik zərbə", "Futbol tennis"
və s. yarışlar təşkil olunub. Qaliblərə hədiyyələr 19 və 21 yaşadək
qızlardan ibarət Azərbaycan yığma komandalarının baş məşqçisi
Patrisiya Gonzales, 15 və 17 yaşadək qızlardan ibarət Azərbaycan
yığma komandalarının baş məşqçisi Siyasət Əsgərov və AccessBankın
nümayəndələri tərəfindən təqdim edilib.