Millimiz heyətində dəyişiklik edib

7 May 2014 16:47 (UTC+04:00)

Mayın 27-də San Fransisko şəhərində ABŞ yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib. Movqe.az AFFA-ya istinadən bildirir ki, millinin oyunçusu  Araz Abdullayev zədəli olduğu üçün heyətdən çıxarılıb. Adı ehtiyat oyunçular siyahısında olan Ufuk Budak ("Gaziantep" B. Ş. B. S. Türkiyə) və Pərdis Fərcad-Azad ("Sumqayıt") heyətə dəvət edilib.