Uşaq sahibi olmaq istəyən kişilər pomidor yesin

7 May 2014 17:27 (UTC+04:00)

Pomidora qırmızı rəngini verən "lycopene" adlı maddənin kişilərin bədənlərindəki sperma istehsalını 70 faiz nisbətində artırdığı ortaya çıxıb. 



Movqe.Az xəbər verir ki, elm adamları pomidora qırmızı rəngini verən "lycopene" adlı maddənin kişilərin bədənlərindəki sperma istehsalını 70 faiz nisbətində artırdığını aşkar edib. Araşdırmanı həyata keçirən ABŞ-dakı Kleveland Klinikasının mütəxəssisləri, gələcəkdə bu maddəni ehtiva edən həblərin uşaq sahibi olmaqda çətinlik çəkən kişilərin müalicəsində istifadə edilə biləcəyini bildirib.