Rusiya Bakını hədələdi

27 İyun 2012 14:37 (UTC+04:00)

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja Azərbaycanı hədələyir. KTMT baş katibi öz "hərbçi səmimiyyəti" ilə İrəvanda bildirib ki, əgər erməni hərbçiləri Azərbaycanla müharibə başlayacağı təqdirdə güc gələ bilməsələr, onlar özləri Ermənistana kömək edəcəklər.

Ermənistanın bu quruma üzvlüyünün Azərbaycan üçün maneə faktoru ola biləcəyi barədə suala cavabı isə müsbət olub. O qeyd edib ki, müttəfiqlərin mövcudluğu və tərəfdaşların köməyi çox vacib faktordur.

Rusiyalı general bildirib ki, Ermənistanın KTMT-yə üzvlüyü Qafqaqzda stabilliyi qorumaq nöqteyi nəzərindən çox müsbət faktordur.

Bordyuja sadəcə olaraq siyasi savadsızlığı ilə kimin torpağının kim tərəfindən işğal edildiyini bilmir.