Sarkisyan yenə Moskvaya gedir

7 May 2014 18:31 (UTC+04:00)

Ermənistan prezidenti Serj Sarkisyan bu gün axşam Rusiyaya işgüzar səfərə gedəcək. movqe.az-ın erməni KİV-ə istinadən verdiyi xəbərə görə, sabah – mayın 8-də onun Rusiya prezidenti Vladimir Putinlə görüşü nəzərdə tutulub.

Həmin gün o və Putin, həmçinin Belarus, Qırğızıstan və Tacikistanın prezidentləri Rusiya Federasiyası Müdafiə İdarəsinin Milli Mərkəzində təlimləri izləyəcəklər. Sabah həm də sözügedən ölkələrin dövlət başçılarının qeyri-formal görüşü olacaq.