Movqe.az türk mətbuatına istinadən xəbər verir ki, Boğaziçi Universiteti Kandill Rəsədxanası Zəlzələ Araşdırma İnstitutundan alınan məlumata görə Bakı vaxtilə saat 08.31 radələrində Vanın Keçikıran-Muradiye bölgəsində, yerin 2.1 kilometr dərinliyində 4 bal gücündə zəlzələ qeyd edilib. Dərhal sonra yeni bir təkan baş verib, saat 08.32 -də Alkasnak-Muradiyedə yerin 5.7 kilometr dərinliyində 3.6 bal gücündə daha bir zəlzələ olub.