"Aygün Kazımova və Namiq Qaraçuxurlu az qala əl-ələ tutub yatırdılar"- Qınaq
8 May 2014 13:13 (UTC+04:00)
Aparıcı Mətanət Əliverdiyeva yenə açıqsözlülüyü ilə yadda qalıb.
Mövqe.az xəbər verir ki, aparıcısı olduğu verlişi " Gündəlik"də
sənət adamlarının bir-birindən küsməsindən, kinli olmasından
danışan aparıcı onları bağışlamaq olarmı sualı ilə auditoriyaya
müraciət edib: " İllərin sənətkarları bir-birlərini danışdırmır,
naz edirlər. Belə olmaz axı... Düşmən dövlətlər arasında siyasi
məsələlər həll olundu, amma Flora və İlhamə xanım arasındakı dava
bitmədi. Bir-birini sevən cütlük Aygün Kazımova və Namiq
Qaraçuxurlu az qala əl-ələ tutub yatırdılar. Amma indi onlar da
danışmırlar. Ay camaat sizə belə şeyləri bağışlamaq olar ? ".