2014/15 mövsümündə Azərbaycanı avrokuboklarda təmsil edəcək sonuncu klub da müəyyənləşib.Movqe.az Apasport.az-a istinadən xəbər verir ki, "Qarabağ", "İnter" və "Qəbələ"nin ardından "Neftçi" də bu hüququ əldə edib.
"Ağ-qaralar" Avropa Liqasına AFFA-nın Lisenziyalaşdırma
Komissiyasının qərarı ilə vəsiqə qazanıb.
Qurum sonuncu 4-cü yerə olan iki namizəddən biri – "Bakı"ya
avrokuboklarda oynamaq üçün lisenziya verməyib. Bu isə son iki
turun və kubokun finalının nəticəsindən asılı olmayaraq "Neftçi"nin
Avropa Liqasında oynayacağını rəsmiləşdirib.