TQDK-dan bütün rayonlarda şöbələrinin yaradılması xəbərinə cavab gəldi

8 May 2014 15:16 (UTC+04:00)
Azərbaycanın şəhər və rayonunda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının bölgə şöbələri yaradılacaq. Bu barədə müxtəlif media orqanlarında məlumat yayılıb.  Məlumatlara görə, bütün rayonlarda Təhsil Nazirliyinin olduğu kimi, TQDK-nın da şöbələri yaradılacaq. Movqe.az yayılan xəbərə aydınlıq gətirmək məqsədilə TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Movqe.az-a açıqlamasında bildirib ki,hələki belə bir xəbər yoxdur: Bu barədə bizdə məlumat yoxdur. Yəni, yaxın gələcəkdə TQDK-nın bütün rayonlarda şöbələrinin yaradılması məsələsi gündəmdə deyil. Hazırda TQDK-nın  8 şəhərdə regional bölməsi var".