Dünyanın ən varlı kulublarının reytinq siyahısı açıqlandı

8 May 2014 15:47 (UTC+04:00)

"Forbes" jurnalı dünyanın ən bahalı futbol klublarının yeni reytinq siyahısını açıqlayıb.


Qol.Az-ın xarici mənbələrə  istinadən verdiyi məlumata görə, siyahıya yenə də "Real" (Madrid) klubu başçılıq edir.


Madrid təmsilçisinin dəyəri 3,44 milyard dollar təşkil edib. "Barselona" 3.2 milyard dollarla ikinci, "Mançester Yunayted " klubu (2.81 milyard dollar)  isə üçüncü pillədə qərarlaşıb.


Qeyd edək  ki, Türkiyənin "Qalatasaray" klubu da ilk 20-likdə yer almağı bacarıb. "Cim Bom" 347 milyon dollarla siyahının 16-cı pilləsində qərarlaşıb.