Dünyanın Səkkizinci Möcüzəsi!
27 İyun 2012 15:09 (UTC+04:00)
Movqe.Az bildirir ki, Dünyanın ən böyük
taxta konstruksiyalı ikonik tikintisi Seviliyada yaradılıb. Hələ
dizayn mərhələsində olan, böyük həyəcan doğuran fantastik tikilinin
inşası mart ayında tamamlanıb. Bununla da, "Metropol Parasol"
İspaniyanın əfsunlayıcı memarlığına bir yenisini də əlavə etmiş
olub. Bu tikili, "J. Mayer Architects" tərəfindən hazırlanıb. Damı
arı pətəyinə bənzəyən şanlardan meydana gəlir və altında gediş
yolları, istirahət etmək üçün sahələr, bazar, kafe və restoranlar
vardır. Bu ultra müasir quruluşda olan tikiliyə pastel tonların
istifadə edilməsi Seviliya şəhəri ilə uyğunlaşmasını təmin
edir. Əvvəlcə bura avtopark sahəsi olaraq düşünülüb, lakin
qazıntı işlərində ortaya çıxan arxeoloji tapıntılar buranın açıq
hava muzeyi və şəhər mərkəzinə çevrilməsini təmin edib.



