"Apple"dan "Facebook"a

27 İyun 2012 15:49 (UTC+04:00)

Movqe.Az bildirir ki, "Apple"ın keçmiş istifadəçi interfeysi dizayn rejissoru Kris Uildreyer artıq "Facebook"un bir işçisidir. "Apple"a 2003-cü ildə qatılan Uildreyer bundan sonra "Facebook"dakı dizayn heyətini idarə edəcək.

"Facebook"un axtardığı işçi ümumiyyətlə bir idarəçi rolunu boynuna götürəcək olsa da, şirkətin dizayn işini ələ alacaq birinə də ehtiyac vardır. Uildreyerin "LinkedIn" səhifəsində sıraladığı bacarıqları arasında istifadəçi interfeysi dizaynı, istifadəçi təcrübəsi, qarşlılıqlı təsir dizaynı, mobil tətbiqlər, mobil tətbiq dizaynı, məhsul inkişaf etdirmə və məhsul dizaynı var. Buna görə də, Uildreyer "Facebook"un axtardığı xüsusiyyətlərə sahib bir işçi kimi görünür.

"Facebook"un Uildreyeri seçməsində mobil tətbiqlərdəki təcrübəsi də rol oynamış ola bilər. Çünki şirkət, mobil tətbiqlərində keyfiyyət və istifadə asanlığı sahələrində tənqid olunub. Mobil cihazların istifadəsinin gedərək artdığını düşündüyümüz zaman "Facebook"un bu mövzuya əhəmiyyət verməsində məna var.