Foqts "Qarabağ"ı təbrik edib

8 May 2014 18:16 (UTC+04:00)

Topaz Premyer Liqasının XXXIV turu çərçivəsində mayın 7-də "İnter"i 4:1 hesabı ilə məğlub edən "Qarabağ" klubu sona 2 tur qalmış ölkə çempionluğunu rəsmiləşdirib. Movqe.az AFFA-nın rəsmi sayıtına istinadən xəbər verir ki, bununla əlaqədar Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts "Qarabağ" klubunu təbrik edib, UEFA Çempionlar Liqasında uğurlar arzulayıb.