2 övladını qətl edən ana azadlığa buraxılıb

8 May 2014 19:27 (UTC+04:00)

İngiltərədə 2 körpəsini boğaraq öldürən ana təqsirsiz qəbul olunaraq, evinə göndərilib.


Movqe.Az xəbər verir ki, İngiltərədə doğumdan sonra depressiyaya girən Felicia Boots , sosial xidmətin uşaqları ondan alacağı qorxusuyla 14 aylıq qızını və 10 həftəlik oğlunu qalstukla boğaraq öldürmüşdü. Buna baxmayaraq məhkəmə tərəfindən təqsirsiz hesab olunub

 

Məhkəmə , doğumdan sonra "post natal"adı verilən depressiyaya tutulan qadına cəza verməyin əlverişsiz olacağına qərar vermişdi.

 

İngilis Milli səhiyyə Təşkilatına görə doğum sonrası hər min qadından 4-ü eyni səbəblərlə xəstəxanaya yatır.