Jurnalisti söyən müğənni - audio
8 May 2014 20:21 (UTC+04:00)
Şuşanın işğal günü hansı müğənnilərin toya getməyə
razı olduğunu öyrənmək üçün Axar.az-ın əməkdaşı incəsənət adamları
arasında araşdırma aparıb
Həmin araşdırma yazısında Vasif Məhərrəmli onunla
danışan şəxsin jurnalist olduğunu biləndən sonra təkrar redaksiyaya
zəng edib.
Belə ki, müğənni Vasif Məhərrəmli Şuşanın işğal
günü olan mayın 8-də 2500 manata toya getməyə razı olduğunu
deyəndən yarım saat sonra Axar.az-ın əməkdaşı Tural Qurbanlı ilə
telefon danışığı zamanı jurnalistə qarşı etik olmayan ifadələrdən
və ən biədəb küçə söyüşlərindən istifadə
edib.
Axar.az həmin söhbəti qeydə alıb və audioyazıdakı
söyüş hissələrini səs siqnalı ilə əvəzləyərək, təqdim edib.