Yoluxucu xəstəlik həyəcanı artır

9 May 2014 16:08 (UTC+04:00)

Çində yoluxucu xəstəliklər ötən ay 1281 can alıb. 


Çində yoluxucu xəstəliklər səbəbiylə aprel ayında 1281 nəfər dünyasını dəyişib.


Çin Səhiyyə və Ailə Planlama Komissiyasından edilən şərhdə, keçən ay 836 min 954 yoluxucu xəstəlik hadisəsinin təsbit edildiyi bildirilib. 


Ölkədə keçən ay təsbit edilən hepatit, vərəm, dizenteriya, sifilis kimi B tipli yoluxucu xəstəliklər səbəbiylə 1207 nəfərin təsbit edildiyi bildirilib. Yoluxucu ishal, ayaq və ağız xəstəliyi kimi C tipi yoluxucu xəstəliklər səbəbiylə isə 74 nəfərin öldüyü deyilib.