Galaxy S3 üçün Kitkat aktuallaşdırması gəlir?

9 May 2014 19:00 (UTC+04:00)

Samsung, 2012-ci ildə bazara çıxardığı ağıllı telefon Galaxy S3 üçün Kitkat yeniləməsinin gəlməyəcəyini açıqlayıb. 



Movqe.Az xəbər verir ki, Samsung, Android 4.4.2 KitKat yeniləməsini cihazlarına paylamağa davam edir. Ötən aylarda aktuallaşdırmanın Galaxy Note 2, Note 3 və S4 modelləri üçün gələcəyinin xəbərini vermişdik. 


Aktuallaşdırmanın gəlib gəlməyəcəyi maraqlanılan ağıllı telefonu S3 haqqında isə istehsalçı firma, bu günlərdə rəsmi bir şərh edib. Samsung UK (İngiltərə) tərəfindən edilən rəsmi bir şərh ilə Galaxy S3-ün beynəlxalq versiyasının TouchWiz interfeysindən qaynaqlanan bəzi problemlər səbəbiylə Android 4.4.2 Kitkat yeniləməsini götürməyəcəyi dəqiqləşib.