Merkel: “Mənə futbolu Məsud sevdirdi”

27 İyun 2012 18:39 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Keçən həftə AVRO 2012-də Almaniyanın Yunanıstanı 4-2 məğlub etdiyi matçı tribunadan izləyən Almaniya lideri Angela Merkel, zəfərin ardınca soyunma otağında gedib və Məsud Özilə heyranlığını dilə gətirmişdi.

Türk futbolçu Məsuda, "Almaniyanı çempion et" deyən Merkel, dünən Berlində qatıldığı bir konfransda yenə Məsuda təriflər yağdırıb.

İmmiqrantların Almaniyaya uyğunlaşmasını təmin etdiyini və bunun özünü xoşbəxt etdiyini deyən Merkel, "Mənim heyran olduğum futbolçuların başında Məsud Özil gəlir. İllər əvvəl Türkiyədən Almaniyaya gələn bir ailənin uşağıdır. Keçmişini unutmadan Almaniyanın müvəffəqiyyəti üçün mübarizə aparır. Mənə futbolu sevdirdi. Onun nəzakətliliyi, əfəndiliyi və köməksevər şəxsiyyəti, Almaniyanın gələcəyinin qüsursuz olacağının da göstəricisidir" deyib.

Merkel, Avro 2008-ci ildə Almaniyanın yarımfinalda Türkiyəni 3-2 məğlub etdiyi mübarizədə də soyunma otağına gedərək Məsudu və ardından da bütün komandanı qalibiyyətə görə təbrik etmişdi.

Merkel, 2010-cu il  Dünya Kubokunda da Məsuda olan heyranlığını dilə gətirmişdi.