Yumurta üzərindəki yazı təəccübə səbəb oldu (VİDEO)
10 May 2014 11:00 (UTC+04:00)
Bu gün Əliyevlər ailəsi yumurta əldə edərək
qeyri-adi hadisə ilə üzləşiblər.
Movqe.az ANS TV-ə istinadən xəbər verir ki,
Əliyevlər ailəsi bü gün möcüzə ilə
qarşılaşıb.
Biləcəri qəsəbəsində yaşayan ailə bu gün səhər
mağazadan yumurta alIb. Günorta nahar vaxtı aldıqları 6 yumurtanı
bişiriblər. Yumurtaları sındıran zaman isə gözlərinə inanmayıblar.
Onun üst qabığının içərisində "Allah" sözü yazıldığının şahidi
olublar. Bundan sonra ailə yumurtanı yeməkdən imtina
edib.
Ev sahibi Azər Əliyevin sözlərinə görə, o, bu
yumurtanı saxlayacaq.
"Biz də yazının yumurtanın ağının üzərində
olub-olmamasına baxmaq üçün bıçaqla qabığı soymağa başladıq. Amma
gördük ki, yazı yalnız yumurtanın üz
qabığındadır".
Qeyd edək ki, bu cür hadisələr birinci dəfə deyil
ki, qeydə alınır. Son vaxtlar şahidi olduğumuz bu hadisələri isə
hər kəs müxtəlif cür izah etməyə çalışır. Kimi bunu möcüzə kimi,
kimi də bunu adi hal kimi qəbul edir.