Putini "tank"la qarşıladılar (FOTO)

10 May 2014 11:07 (UTC+04:00)
Rusiya prezidenti Vladimir Putinin Krıma səfəri zamanı maraqlı olay baş verib.


Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Putin üçün təşkil edilən paradda, bir nəfər Sovet dövrünün simvolu olan "Jiquli" avtomobili ilə iştirak edib. O, avtomobilin üstünə Putin üçün tank lüləsi yerləşdirib. Onun bu hərəkəti Putinin gülüşünə səbəb olub. 

Xatırladaq ki, Krımın ilhaqından sonra Rusiya prezidentinin bölgəyə ilk səfəridir. Putini Krımdakı rus donanmasının əsgərləri milli qəhrəman kimi qarşılayıb. Putin Sevastopolda qələbənin 69 illiyi və şəhərin faşistlərdən azad edilməsinin 70 illiyi münasibəti ilə keçirilən tədbirlərdə iştirak edib.