Gəncədə yük maşını iki piyadanı vurdu
10 May 2014 12:06 (UTC+04:00)
Ötən gün axşam saat 23 radələrində Gəncənin Şah
İsmayıl Xətai prospektində iki nəfərin ağır yaralanaması ilə
nəticələnən piyadavurma hadisəsi baş verib.
Movqe.az xəbər verir ki , Daşkəsən rayon sakinin
37 yaşlı Xavər Əliyeva və 6 yaşlı Əli Məmmədov yolu keçmək
istəyərkən "Ford" markalı yük maşını tərəfindən
vurulub.
Hadisəni tərədən "Ford" dərhal ərazidən uzaqlaşıb.
Nəticədə ətrafdakı insanların köməkliyi ilə hər iki xəstə Gəncə
şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə
yerləşdirilib.