Sevgilisi “Göyçək” Fatiməyə bahalı zinət əşyası alıb – FOTO

6 Aprel 2012 16:02 (UTC+04:00)

Bu günlərdə tanınmış rəqqasə, "Göyçək" ləqəbli Fatimə Fətəliyeva ad gününü qeyd edir. Movqe.Az xəbər portalının məlumatına görə, rəqqasə Fatimə bu ilki doğum gününü sakit şəkildə, ailə üzvlərinin ətrafında qeyd edəcək. O, yaşını gizli saxlayır.

F.Fətəliyeva, solo konsertinə hazırlaşdığını və ad gününü verəcəyi konsertdən sonra təşkil olunacaq ziyafət mərasimində yaxın dostları ilə qeyd edəcəyini deyib: "Keçən il ad günümü sənət dostlarım və ən yaxınlarımın əhatəsində keçirmişdim. Bu ili səssiz, evimdə yaxınlarımın əhatəsində olacağam. Hazırda başım 11 aprel tarixində verəcəyim solo konsertimə qarışıb. Konsertdən sonra ziyafət təşkil olunacaq və həmin mərasimdə həm ad günümü, həm də solo konsertimi qeyd edəcəyəm. Ancaq ən yaxın dostlarımı başıma toplayacağam", - rəqqasə söylədi.

Rəqqasə onu da qeyd etdi ki, doğum günündə ona ən özəl hədiyyəni sevdiyi insan tərəfindən təqdim olunub. Sevgilisinin ona olduqca bahalı zinnət əşyası aldığını deyən F.Fətəliyeva, həmçinin hədiyyələrinin içərisində onun anası və qızı tərəfindən dəyərli sürpriz olduğunu bildirib.


Fuad Mədətov