Hadisə Gəncədən geri dönər-dönməz özünə 600 minlik ev aldı (FOTO)
10 May 2014 16:01 (UTC+04:00)
İki gün öncə Gəncədə konsert verən türk müğənnisi
Hadisə özünə təzə ev alıb.
Movqe.az Anspress-ə istinadən xəbər verir ki, uzun
zamandır Ləvəntdə kirayədə oturan gözəl müğənni bundan sonra şəxsi
mənzilində yaşayacaq.
Yüksək kirə pulu ödəməkdən şikayətçi olan müğənni,
xeyli müddətdir satılıq ev axtarırdı. Müğənninin məhz Azərbaycandan
geri qayıtdıqdan sonra yeni mənzil aldığı çox maraqlıdır.
Gəncəlilər qarşısındakı çıxışının 1 saatına 125 min dollar alan
(300 min TL) Hadisə, geri dönər-dönməz 600 min dollarlıq lüks
mənzilin pulunu ödəyib.
Məşhur ifaçı İstanbulun Rumelihisarında aldığı
mənzildə böyük bacısı ilə yaşayacaq. Hadisənin yeni mənzili Fatih
Sultan Mehmet Köprüsünə və Boğaz mənzərəsinə
baxır.
Bir yandan yaxında çıxacaq yeni albomunun
yazılması ilə bağlı vaxtının bir çoxunu studiyada keçirən Hadisə,
bir yandan da yeni evə köçmə təlaşı yaşayır.