Hava şarı yanaraq yerə düşdü
10 May 2014 16:23 (UTC+04:00)
Amerika Birləşmiş Ştatlarının Virciniya ştatında hava şarının
qəzaya uğraması nəticəsində 3 nəfər itkin düşüb. Movqe.az xəbər
verir ki, NBC telekanalının məlumatına görə, hava şarı havada
olarkən alışaraq yanmağa başlayıb və yerə düşüb.
Hadisə Kerolayn şəhərində hava şarları festivalı zamanı baş verib.
Hava şarının yanmış qalıqları və göyərtədə olan 3 nəfər hələ aşkar
edilməyib.
İlkin məlumatlara görə, hava şarı elektrik enerjisi naqillərinə
ilişdikdən sonra alışıb. Axtarışlar davam edir.