Noutbukla evlənmək istədi

10 May 2014 16:47 (UTC+04:00)
Amerikalı kişi öz noutbuku ilə evlənmək xülyasına düşüb.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Kris Sever içərisində topladığı porno şəkil və videogörüntüləri əsas gətirərək, portativ noutbukuna evlənmək istəyir. Lakin bu arzusunun reallaşmasında bir sıra problemlərlə üzləşib.

Kris Sever ölkənin cənubunda yaşayır. Regionun nikah qeydiyyatı ilə məşğul olan şöbələr onun "MacBook"la evlənmək ərizəsini qəbul etməyiblər. Bundan sonra o Florida məhkəməsinə şikayət edib. Məhkəmə də onun ərizəsini rədd edib.

Sabiq vəkil Kris Sever təsdiq edir ki, o Amerikanın bir çox ştatlarında nikahına icazə verilməyən eynicinsli cütlüklər kimi, öz "xanımına" çox bağlanıb. Və nə olursa-olsun, bu arzusunun həyata keçirilməsi üçün ədalətin təmin edilməsi yönümündə mübarizə aparacaq.

O, qeyd edib ki, noutbukla nikahina nail olarsa, o zaman seksual azlıqların da pozulan hüquqlarını qoruya bilər. Bir sözlə, onun dediklərindən belə məlum olur ki, bu amerikalı vəkil eynicinsli cütlüklərin nikahının leqallaşması və hətta cinsi orqanı olmayan insanların, eləcə də belə insanların müəyyən obyektlərlə evlənməsinə icazə verilməlidir.

Sever təsdiq edir ki, noutbuku alandan sonra, onun pornoqrafiyaya vurğunluğu yarandı və öz kompüterini sevdi. İndi onun üçün bütün insanlar dəyərini itirib, o, gecə-gündüz kompüteri ilə birlikdə olmağa üstünlük verir.

"Əgər bir çox ölkələrdə mavilərin nikahı normal hala çevrilibsə, o zaman mən də istədiyim obyektlə cinsi əlaqədə ola bilərəm" - deyə, Sever məhkəməyə yazdığı iddianı əsaslandırıb.

Florida məhkəməsinin qərarı ilə onun bu iddiası təmin olunmayıb. Hakim deyib ki, onun iddiası reallıqla uzlaşmadığından, belə bir iddianı təmin edə bilməzlər. Məhkəmə istintaqı zamanı məlum olub ki, Tennesi ştatından ağıl çatışmazlığı və xəstə olduğuna görə ona 2011-ci ildən hüquq sahəsində çalışmaq qadağan olunub. 2011-ci ildə isə o, "Apple" şirkətini də eyni iddia ilə məhkəməyə vermişdi.