Ərdoğan əsəbiləşdi və zalı tərk etdi (VİDEO)

10 May 2014 17:07 (UTC+04:00)
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan qatıldığı bir mərasimdə əsəbləşərək salonu tərk edib. 

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Türkiyə Barolar Birliyi başçısı Mətin Feyzioğluna kəskin reaksiya göstərən Ərdoğan salonu tərk edib. 

Baş nazir Ərdoğan Mətin Feyzioğlunun nitqinin çox uzun olduğunu söyləyib. Daha sonra Feyzioğluna "səhv danışırsan'' deyə səslənib. Ərdoğanın bu hərəkətinə cavab olaraq M. Feyzioğlu "Nəyi səhv danışıram hörmətli Baş nazir''-deyə sual ünvanlayıb. Ərdoğan bu sualdan sonra özünədən çıxıb. Baş nazir Feyzioğluna "belə bir ədəbsizlik olmaz ki''-deyib. 

Qarşılıqlı münaqişəyə Feyzioğlu cavabsız qalmayıb: "Mən ədəbsizlik etmədim, kiməsə də ədəbsizlik edirsən deməyi özümə yaraşdırmaram" -deyə M. Feyzioğlu söyləyib.

Qeyd edək ki, baş nazir Ərdoğan mərasim yekunlaşmamış salonu tərk edib.