Ermənilərin Tiflisdə Şuşanın işğalını həsr olunmuş
geniş konsert proqramı keçirmək cəhdi müvəffəqiyytəsizliyə uğradı.
Movqe.az ANS TV-ə istinadən xəbər verir ki, Gürcüstanın rəsmi
qurumları konsertin nəinki mayın 8-də, hətta mayın 9-da da
keçirilməsinə imkan verməyiblər. Buna görə də təşkilatçılar məhəlli
bir tədbir keçirməli olublar.
Erməni icmasının Şuşanın işğalı ilə bağlı qələbə
konserti əvvəlcədən planlaşdırıldığı kimi, Tiflisin "Art hall"
məkanında deyil, ermənilərin kompakt yaşadığı Avlabari rayonunda
baş tutdu.
Burada da tədbir əvvəlcədən planlaşdırıldığı kimi
genişmiqyaslı deyil, məhəlli xarakter daşıyırdı. Konsertə üzərində
Qondarma Dağlıq Qarabağın bayraqları əks olunmuş xüsusi geyimlərdə
məktəblilərdə qatılmışdı. Konsertin 9 May "Qələbə günü" ilə bağlı
olduğu elan edilsə də bununla əlaqəli heç bir şüar yox idi. Daha
sonra isə təşkilatçılar çəkilişi qadağan etdilər.
Bir qrup azərbaycanlı və gürcüstanlı tələbələr isə
Gürcüstan Xarici İşlər Naziriyinin qarşısına toplasaraq ermənilərin
Tiflisde Şuşanın işgalını bayram kimi qeyd etməsinə qarşı etiraz
aksiyası keçirdilər. Gənclər Gürcüstanda təxribata yox, Qarabağa
uzanan əllər məhv olsun kimi şüarlar
səsləndirdilər.
Qeyd edək ki, Gürcüstanda yaşayan ermənilər
əvvəlcə mayın 8-də, daha sonra isə 9-da böyük konsert keçirməyi
planlaşdırırdılar. Azərbaycanın, Gürcüstanda yaşayan
azərbaycanlıların müdaxiləsi ilə bunun qarşısını
aldı.