DİQQƏT! Uşaqları belə qaçırırlar (VİDEO)
10 May 2014 20:00 (UTC+04:00)
İngiltərədə bir uşaq qaçırma əməliyyatının
videogörüntüləri yayılıb.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
Derbidə insan sıxlığı olan bir alış-veriş mərkəzində anasıyla gəzən
22 aylıq uşaq yaşlı bir kişi tərəfindən qaçırılmaq təhlükəsiylə
üz-üzə qaldı.
Kimliyi açıqlanmayan qadın əlində boş çanta
tutarkən irəliləyir. Ananın sağ tərəfində isə oğlu yeriyir. Uşaq
anasından bir neçə addım uzaqlaştığı ərəfədə, anası dəhlizdən sol
tərəfə dönür. Uşaq yenidən anasını təqib etmək istərkən, yaşlı bir
kişi ona yaxınlaşır və əlindən tutaraq qulağına nə isə
söyləyir.
Kişinin niyyətinin uşağı qaçırmaq olması tam aydın
görünür və o, bu niyyətini həyata keçirmək astanasında olduğu
ərəfədə, ana geriyə dönür.
Qadın cinayət üstündə yaxaladığı kişi ilə nə isə
danışır.
İngilis polisi ticarət mərkəzinin mühafizə
kameralarına həkk olunan bu videogörüntülərin ardından 80 yaşlı
şübhəlini saxlayır. Şübhəlinin videogörüntüdəki kişinin
olub-olmadığı hələ açıqlanmır. Ancaq polis bu görüntülərlə ana və
atalaraı uşaqlarına daha dikkətli olmalarını xəbərdarlıq
edir.