Dünyada milyardlarla insan tualetdən istifadə etmir
10 May 2014 21:05 (UTC+04:00)
Dünyada milyardlarla insan tualetdən istifadə
etmir.
Movqe.az ANS PRESS-ə isitnadən xəbər verir ki, BMT
ekspertləri bütün dünyada milyarda yaxın insanın hələ də tualetdən
istifadə etmədiyini deyir. Onların fikruncə, məhz bu fakt xolera və
hepatit kimi potensial ölümcül xəstəliklərə gətirib
çıxarır.
YUNİSEF və Ümumdünya Sağlamlıq Təşkilatından
bildirilir ki, əhalinin çox kasıb təbəqəsinin sanitar şərtlərinin
yaxşılaşdırılması, əsasən də tualetlərin yaradılmasına diqqət
yönəldilib. Lakin sakinlər çox zaman bu yeniliklərə məhəl
qoymurlar.
Misal üçün, Hindistanda 600 milyon insan hələ də
ifrazatlarını küçədə boşaltmağa üstünlük verirlər. Sanitar
şərtlərin yaxşılaşdırılması üçün bu ölkədə xərclənən milyard
dollarlar bu problemi həllinə kömək etməyib.
BMT-nin məlumatında eyni zamanda Banqladeş və
Vyetnamda təbii ehtiyacı harada gəldi ödəmək ənənəsinin kökü
praktiki olaraq son 20 ildə kəsilib.