‘‘ASAN Könüllüləri” Heydər Əliyev zirvəsində (FOTO)
10 May 2014 22:18 (UTC+04:00)
"ASAN Könüllüləri" Gənclər Təşkilatı ümummilli
lider Heydər Əliyevin anadan olmasının 91-ci il dönümü münasibəti
ilə yürüş təşkil edib.
Movqe.az xəbər verir ki , Gənclər Təşkilatından
verilən məlumata görə, Gənclər Təşkilatının üzvləri Azərbaycanın ən
yüksək yaşayış məntəqəsi olan Xınalıq kəndindən piyada start
götürüb, 3751 metr hündürlükdə yerləşən Heydər Əliyev zirvəsini
fəth ediblər.
Könüllülər ümummilli liderə gənclərin böyük
ehtiramının əlaməti kimi "ASAN Könüllüləri" Gənclər Təşkilatının və
"ASAN xidmət"-in bayraqlarını bu zirvədə
dalğalandırıblar.
"ASAN Könüllüləri" Gənclər Təşkilatı ümummilli
lider Heydər Əliyevin xatirəsini anma münasibəti ilə müxtəlif
tədbirlərin həyata keçirilməsini
planlaşdırır.