Canavar 2 yaşlı qıza hücum etdi (VİDEO)

11 May 2014 13:15 (UTC+04:00)
Serbiyanın Belqrad şəhərində bir ailə üçün qorxu dolu anlar yaşanıb.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Belqrad şəhəri zooparkında ailələrdən birinin gəzinti zamanı 2 yaşlı qızı sahibinin yanında dayanmış 10 aylıq canavarın hücumuna məruz qalıb.

Ailə dərhal qızı heyvanın əlindən xilas etsə də, lakin canavarın qızın qolunu dişləməsinə mane ola bilməyib.

Hadisədən sonra qız təcili şəkildə xəstəxanaya çatdırılıb. Vəziyyətinin yaxşı olduğu bildirilir. 

Qeyd edək ki, Belqrad zooparkının həmin hissəsində fərqli növdə heyvanların sahibləri tərəfindən gəzdirilməsinə icazə verilir.