Səhər saatlarında yanğın: 2 nəfər xəsarət aldı

11 May 2014 17:00 (UTC+04:00)
İmişli rayonunda yaşayış evi yanıb. 

Movqe.az-ın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, səhər saatlarında rayonun Qaradonlu kəndində vətəndaşa məxsus iki mərtəbəli evin dam örtüyündə yanğın baş verib. 

Yanğın zamanı evin otaqlarında olan əşyaların yandığı bildirilir. FHN-dən həmçinin bildiriblər ki, yanğın zamanı iki nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. 

Evin qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın səhər saatlarında söndürülüb.