Təbiət ABŞ-ın iki ştatını viran qoydu
11 May 2014 17:05 (UTC+04:00)
Amerika Birləşmiş Ştatları yenidən tornadodan
əziyyət çəkib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, bu
dəfə tornado Missuri və Kanzas ştatlarında dağıntılara səbəb olub.
Missuri ştatından keçən tornado xeyli sayda evə ziyan vurub. Dəyən
ziyanın miqyasını yerli telekanalların yayımladığı kadrlardan da
görmək mümkündür. Xəsarət alanların olması barədə məlumat
yoxdur.
Kanzas ştatının mərkəzində isə tornado güclü
qasırğa ilə müşayiət olunub. Burada tornado onlarla ağacı aşırıb,
evlərə ziyan vurub, elektrik enerjisi naqillərini
qırıb.
Yerli hava bürosu Missuri və Kanzas ştatlarında
şimşək çaxması xəbərdarlığı edib.