Ölüm xəbəri yayılan 4 Azərbaycan hərbçisinin kimliyi ilə bağlı açıqlama
11 May 2014 18:23 (UTC+04:00)
Müdafiə Nazirliyi ötən gecə ermənilərin atəşkəsi
pozması nəticəsində şəhid olduğu bildirilən və Azərbacan Silahlı
Qüvvələrində xidmət etdikləri iddia edilən 4 hərbçinin - Fərid
Əliyev (19 yaş), manqa komandirr Cahangiz Muradov (19 yaş),
leytnant Ramazan Abdullayev (23 yaş) , leytnant Qurban Həsənov (24
yaş) adlı şəxslərin qətlə yetildiyi barəsində kütləvi informasiya
vasitələrində yayılan məlumatlara aydınlıq
gətirdi.
Movqe.az xəbər verir ki , Nazirliyin mətbuat
xidmətindən verilən məlumata görə, yuxarıda adları çəkilən
şəxslərin heç bir Azərbaycan Silahlı Qüvvələrinin sıralarında
xismət etmirlər: "O adlarla bağlı araşdırma apardıq. Mətbuatda
yayılan həmin ad və soyadda olan şəxslər ümumiyyətlə Azərbaycan
ordusunda xidmət etmirlər".
Qeyd edək ki, kütləvi informasiya vasitələri ötən
gecə erməni hərbi birləşələrinin atəşkəsi pozması nəticəsində Fərid
Əliyev, Cahangiz Muradov , Ramazan Abdullayev, Qurban Həsənov
adlarında Azərbaycan əsgəri və zabitinin qətlə yetildiyi barədə
məlumatlar yayıb.