Dövlət KuklaTeatrında internat evlərinin kiçik sakinlərinə bayram tədbiri

11 May 2014 15:43 (UTC+04:00)
Mayın 9-u Mədəniyyət və Turizm Nazirliyi və Təhsil Nazirliyinin dəstəyi, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının təşkilatçılığı ilə Ümumilli lider Heydər Əliyevin 91 illik yubileyi münasibəti ilə 1, 2, 11, 12 saylı internat məktəbinin, Ailə tipli kiçik qrup evinin uşaqları üçün  bayram konserti təşkil olunub. Xeyriyyə tədbirində iştirak edən kiçik qonaqları salmalayan teatrın direktoru Rəşad Əhməd-zadə bildirib ki, "Mən həmişə fəxr etmişəm ki, azərbaycanlıyam"deyimi adi, bitmis bir fikri bildirən cümlə deyil: "Bu, böyük bir şəxsiyyətin öz xalqına olan dərin məhəbbətinin  sönməyən ifadəsidir. Ulu öndər hər zaman uşaqlara qayğı göstərib,uşaqlarımızı gələcəyimiz adlandırıb. Biz də Umumilli liderin 91 illik yubleyində onun bu ənənəsini davam etdirməyi özümüzə borc bildik".
İnternat evlərinin 100-dən çox  "sakini"nin iştirak etdiyi "Hər birimiz bir çiçək" adlı bayram tədbirində balacalara xoş anlar yaşadılıb. Dövlət Kukla Teatrının səhnəsində "Oyuq" teatr studiyasının kreativlərinin göstərdiyi tamaşa valideyn himayəsindən məhrum olmuş balacalara sevinc bəxş edib.  Ülviyyə Əliyeva və İqbal Əliyevin aparıcılıq etdiyi tədbirə tanınmış müğənnilər də qatılıb. Məşhur müğənni Nadir Qafarzadənin ifası bayram tədbirinə xoş ovqat qatıb. Rəqqasə Okanın rəqs nömrəsi balacaların alqış qəsaları ilə qarşılanıb. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının təşkil etdiyi bu xeyriyyə tədbirinə informasiya dəstəyini Movqe.az saytı verib.