Bakıda Nəqliyyat Departamentinin maşını yandı
11 May 2014 21:43 (UTC+04:00)
Bakının Qaradağ rayonunda Nəqliyyat Departamentinə
məxsus MAN avtomobili yanıb.
Movqe.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən
verdiyi məlumata görə, Nəqliyyat Departamentinə məxsus MAN markalı
avtomobilin 6 təkəri, akkumulyatoru və banına yığılmış məişət
tullantıları yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə
olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.