Zeynəb Xanlarova toya gedən müğənnilərdən danışdı

12 May 2014 10:43 (UTC+04:00)
"Telemizan" verilişinin qonağı olan Zeynəb Xanlarova toya gedən müğənnilərdən danışıb. Qiymətdən düşməkdən çəkinən xalq artisti çox ehtiyatlı olduğunu və tədbirli davrandığını qeyd edib. Mövqe.az xəbər verir ki, aparıcının suallarını çox səmimi şəkildə cavablandıran ifaçı xalqa olan sevgisindən və hər bir şeyini xalqa qurban verməkdən danışıb. Digər həmkarlarına və indiki müğənnilərə də bunu məsləhət görən Z. Xanlarova açıqlamasında bildirib: " Sənətə başladığım ilk gündən toylara dəvət almışam. Ancaq getməmişəm. Toyda oxuyanlara da pis baxmıram. Bilirsiniz mən konsertlərdən qazanmışam. Amma indiki müğənnilər mənim qədər konsert verib, xarici ölkələrə səfər etmirlər. Mən konsertlərdən qazandığımı indikilər qazana bilmirlər. Ona görə onlar da toydan gəlir əldə edirlər. Amma toya gedəndə də xalqı unutmayın. Camaatı aldatmayın. Mən bu sənətin adamıyam, bu aləmdən danışmaq istəyirəm. Sənət adamlarına sənətkar demək istəyirəm. Qoy toy oxuyanda da xalqı yaddan çıxarmasınlar. Nəyiniz var, verin xalqa, bəhrəsini görəcəksiniz".